Ordu.az xəbər verir ki, Ukraynanın Rusiya-Ukrayna müharibəsindən əvvəl hazırladığı 400 kilometr mənzilli “Neptun” gəmi əleyhinə raketi Qara dənizdə Rusiyanın “Moskva” flaqman kreyserini vurduqdan sonra məşhurlaşıb.
Zelenski qeyd edib ki, sözügedən yeni raket döyüşdə uğurla sınaqdan keçirilib və hədəfi vurub.
Hesabatlar göstərir ki, “Long Range Neptun” martın 13-ü gecə saatlarında Rusiyanın Tuapse Neft Emalı Zavodunun vurulması zamanı istifadə edilib.
Tuapsedəki neft emalı zavodunu vuran məhz “Long Range Neptun” olduğunu fərz etsək, raketin Odessa yaxınlığındakı sahildən buraxılması ehtimalı yüksəkdir.
Qara dəniz sahilindəki Odessadan buraxılacaq raket neft emalı zavodunu vurmaq üçün 700-800 kilometr məsafə qət etməlidir.
2023-cü ildə Ukrayna Müdafiə Nazirliyi “Neptun” raketinin modernləşdirilməsi üçün hərəkətə keçib. Ukrayna bir müddət idi ki, “R-360 Neptune”ni “Storm Shadow/SCALP” raket səviyyəsinə modernləşdirmək üzərində işləyirdi.
“Long Range Neptun” qurudan atılmasına baxmayaraq, “Storm Shadow/SCALP” tipli havadan buraxılan qanadlı raketlərdən (ALCM) daha uzun mənzilə malikdir.
Sevinc Əliyeva
Ordu.az