Makron F-35 və “Patriot”a “müharibə elan etdi”

2025/03/Macro-1742288950.jpg
Oxunub: 628     20:58     20 Mart 2025    
Fransa prezidenti Emmanuel Makron “Patriot” sistemini alan ölkələrə Fransa-İtaliya istehsalı SAMP/T sisteminin, F-35-i alanlara isə “Rafale” döyüş təyyarəsinin təklif edilməli olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Fransa prezidenti Avropanın müdafiə qabiliyyətini artırmaq üçün yeni strategiyalar və təkliflər irəli sürüb.

Makron bəyan edib ki, Avropanın müdafiə və silahlanma sahəsində ABŞ-dən asılılığına son qoymaq üçün Avropanın sənaye potensialı gücləndirilməlidir.

Fransa müdafiə sənayesi şirkətləri ilə görüşü zamanı Makron deyib: “Bu gün ehtiyacımız olan şey daha çox “Rafale”, daha çox hava hücumundan müdafiə sistemi, daha çox sursat istehsal etməkdir. Bir çox ölkələri F-35 asılılığından azad etmək və “Rafale” klubunu genişləndirmək lazımdır”.

O bildirib ki, Fransa bu kontekstdə Avropanın müdafiəsinə rəhbərlik etməyi hədəfləyir.

Makron bəyan edib ki, Avropa ölkələri müdafiə sistemlərini rasionallaşdırmalıdırlar.

“Patriot”u alanlara yeni nəsil SAMP/T Fransa-İtaliya sistemini tövsiyə etməliyik. F-35 alanlara “Rafale”ni tövsiyə etməliyik. Beləliklə, biz istehsal sürətimizi artıracağıq”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   F-35   Patriot  


Bizi "telegram"da izləyin