Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.
İtaliya şirkətinin 2025-2029-cu illəri əhatə edən yeni sənaye planının bir hissəsi olan proqnoz Rusiyanın Ukraynaya müdaxilə etməsindən sonra Avropanın müdafiə xərclərini artırması nəticəsində 20,9 faizlik bir artımla 20,9 milyard avro sifarişi ehtiva edən 2024-cü il nəticələrinin elan edilməsinin ardından açıqlanıb.
Yeni planı analitiklərə təqdim edən “Leonardo” şirkətinin baş direktoru Roberto Cinqolani bildirib ki, Avropa İttifaqının daha çox xərcləri təşviq etmək planları şirkətin İtaliyadan illik sifarişlərini 2-3 milyard avro artıra və avropalı müştərilərdən əlavə 2-3 milyard avro təmin edə bilər.
Cinqolani analitiklərə bildirib ki, sifarişlərdə “əhəmiyyətli” sıçrayış istehsal gücündə böyük artım tələb edəcək.
Sevinc Əliyeva
Ordu.az