Ordu.az xarici KİV-lrə istinadən xəbər verir ki, bu inkişaflar Avstraliyanı alternativ həll yolları axtarmağa vadar edib və Fransa dizaynı “Suffren” sinfinə məxsus sualtı qayıqları yenidən gündəmə gətirib.
Avstraliya 2032-ci ildən etibarən ABŞ-dən “Virginia” sinifinə məxsus 3-5 nüvə sualtı qayığı almağı, ardınca Böyük Britaniya ilə əməkdaşlıqda SSN-AUKUS proqramı çərçivəsində daha 5 sualtı qayıq inşa etməyi planlaşdırırdı.
Ancaq ABŞ-nin hazırkı istehsal gücü yetərli olmadığı üçün bu tədarüklərin vaxtında baş verib-verməyəcəyi hələ də bəlli deyil.
ABŞ Avstraliyanın tələblərini qarşılamaq üçün istehsal gücünü iki dəfə artırmalıdır. Lakin bu məqsəd yerinə yetirilməsə, Avstraliyaya vəd edilən sualtı qayıqlar ya gec təhvil veriləcək, ya da heç verilməyəcək.
Sevinc Əliyeva
Ordu.az