Ordu.az xəbər verir ki, bunu "Syria TV" telekanalına komitənin rəsmi nümayəndəsi Yasir Fərhan deyib.
Onun sözlərinə görə, hakimiyyət Latakiya, Tartus və Baniyasda günahsız vətəndaşlara hücum hallarını müstəqil araşdırmağa üstünlük verir.
"Biz beynəlxalq qurumlarla əməkdaşlığa açığıq. Lakin özümüzü milli imkanlardan istifadə etməklə məhdudlaşdırmağa üstünlük veririk", - o vurğulayıb.
Eyni zamanda, Fərhan komitəyə daxil olan müstəntiqlərin müstəqilliyini və qərəzsizliyini təsdiqləyib: "Biz sübutların toplanması və cinayətlərdə iştirak edənlərin müəyyən olunması üzərində işləyirik. Şahidlərin siyahılarını hazırlayırıq və qətliamların törədildiyi yerləri dəqiqləşdiririk. İstintaqda köməklik göstərmək üçün məhkəmə-tibb ekspertləri cəlb olunub. İfadə vermək istəyən hər bir şahidin müdafiəsi təmin olunacaq".
O bildirib ki, komitə 30 gün ərzində araşdırmanı başa çatdırmağı gözləyir. “Təqsirkarların heç biri cəzadan yayına bilməyəcək”.
Ordu.az