Bu barədə
Ordu.az “Daylimail”ə istinadən xəbər verir.
Hücum ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində baş verib.
"450-dən çox sərnişin silahlı şəxslər tərəfindən girov saxlanılır", - Kvettada dəmiryol idarəsinin yüksək vəzifəli məmuru Məhəmməd Kaşif bildirib.
Məlumata görə, qatar Kvettadan Xayber-Paxtunxva əyalətindəki Peşavara gedərkən atəşə tutulub.
Hücuma görə, silahlı separatçı "Bəlucistan Azadlıq Ordusu" qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Əyalət hökumətinin nümayəndələri və dəmiryolçular girovların götürülməsi barədə məlumatı təsdiqləməyiblər.
***
Pakistanın Bəlucistan əyalətində silahlılar içərisində 400 nəfərin olduğu sərnişin qatarına atəş açaraq, 100-ə yaxın şəxsi girov götürüb.
Ordu.az-ın “The Eurasian Times” portalına istinadən xəbərinə görə, hadisədən əvvəl atışma nəticəsində təhlükəsizlik qüvvələrinin 6 nəfər əməkdaşı öldürülüb.
Girovların arasında polis əməkdaşlarının da olduğu açıqlanıb.
İlkin məlumata əsasən, qatar Pişəvər şəhərinə hərəkət edirmiş.
Ordu.az