Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq

2024/12/24100-1734101680.jpg
Oxunub: 396     13:49     11 Mart 2025    
Polşa Ukrayna üçün ABŞ-nin “Space X” şirkətinin əlavə 5 min ədəd “Starlink” peyk rabitə terminalını alacaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski “Radio Zet” radiostansiyasının efirində bildirib.

"Biz daha 5 min ədəd “Starlink” terminalının alınması prosesindəyik", - o qeyd edib.

Nazirin sözlərinə görə, Varşava artıq 30 minə yaxın terminal tədarük edib. Onlara xidmət xərcləri Polşaya ildə 200 milyon dollara başa gəlir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin