ABŞ-Ukrayna danışıqlarının ikinci raundu başlayıb - YENİLƏNİB

2025/03/1741684050.jpg
Oxunub: 952     18:09     11 Mart 2025    
Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarının ikinci raundu başlayıb.

Ordu.az xəbər verir ki, fasilədən sonra ABŞ və Ukrayna arasında danışıqların ikinci raundu keçirilir.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts Ukrayna tərəfi ilə danışıqlarda irəlilədiklərini bildirib.

***

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların birinci mərhələsi başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Ukrayna xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki hesabındakı paylaşımında bildirib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar sülhün irəliləməsi üçün bir fürsətdir.

***

Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayır.

Ordu.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanında keçirilir.

Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak və xarici işlər naziri Andrey Sibiqa təmsil edir.

ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio rəhbərlik edir. Eyni zamanda, danışıqlarda milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   Görüş  


Bizi "telegram"da izləyin