Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, sazişin rəsmi olaraq 2025-ci ilin aprelində Fransa müdafiə nazirinin Hindistana səfəri zamanı imzalanması gözlənilir və müqavilənin ümumi dəyəri 7,6 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
“Rafale” döyüş təyyarələrinin hazırda Hindistan HDQ-də istifadə olunan “MiQ-29K” və “MiQ-29KUB”ları əvəz edəcəyi gözlənilir. Yeni döyüş təyyarələri, həmçinin “INS Vikrant” və “INS Vikramaditya” aviadaşıyıcı gəmilərində yerləşdiriləcək.
Məlumata görə, 26 ədəd “Rafale” təyyarəsi arasında aviadaşıyıcı gəmilərdə istifadə üçün uyğunlaşdırılmış 22 ədəd “Rafale M” döyüş təyyarəsi yer alacaq.
Sevinc Əliyeva
Ordu.az