Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Yayılan görüntülərə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın 60 milyon dollar dəyərində olan “Kasta 35N6” radar sistemini yüksək dəqiqlikli zərbə ilə hədəfə alıb və məhv edib.
Radar sistemi Ukraynanın 43-cü Artilleriya Briqadasının hava kəşfiyyatı qrupları tərəfindən cəbhə xəttində aşkar edilib. Məkan təsdiqləndikdən sonra koordinatlar yuxarı komandanlığa ötürülüb və hücum təsdiqlənib.
Paylaşılan görüntülər hücumun ABŞ-nin təqdim etdiyi HIMARS sisteminə qoşulan dəqiq idarə olunan sursatlarla həyata keçirildiyini göstərir. Bu növ sursatlar hədəfin üzərində partlayaraq və minlərlə volfram topunu səpərək, düşmən texnikasını zərərsizləşdirmək üçün nəzərdə tutulub.
Videoda iki raketdən birinin birbaşa radar kompleksinin üzərində partladığı görünür. Kompleksin iki hərbi avtomobildən ibarət olduğu bildirilir.
Sevinc Əliyeva
Ordu.az