Ərəb Liqasının Katibliyi Suriyanın işlərinə “xarici müdaxiləni” pisləyib

2025/03/1741450462.jpg
Oxunub: 514     19:48     08 Mart 2025    
Ərəb Dövlətləri Liqasının Baş Katibliyi Suriyaya “xarici müdaxiləni” və hökumətin təhlükəsizlik qüvvələrinə hücumları pisləyib.

Ordu.az xəbər verir ki, təşkilatın bəyanatını Misirin “Əl-Youm əs-Sabia” xəbər portalı yayıb.

Sənəddə deyilir ki, Liqa ölkə daxilindəki sabitliyi pozmağa yönəlmiş xarici müdaxilə cəhdlərini, habelə hökumətin təhlükəsizlik qüvvələrinə qarşı zorakı hərəkətləri pisləyir.

Təşkilat Suriyanın sahil əyalətlərində baş verən son hadisələri narahatlıqla izləyir və hakimiyyəti dövləti bərpa etmək şansını əldən verməmək üçün tədbirlər görməyə çağırır.

Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezidentin tərəfdarlarından ibarət silahlı qruplar arasında toqquşmalar başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərəb-Liqası   Suriya  


Bizi "telegram"da izləyin