KİV: Son günlərdə Suriyada toqquşmalar zamanı 300-dən çox mülki şəxs həlak olub

2025/03/1741440565.jpg
Oxunub: 498     16:13     08 Mart 2025    
Son günlərdə Suriyada yeni administrasiya qüvvələri ilə devrilmiş Suriya Prezidenti Bəşər Əsədə sadiq ələvi döyüşçüləri arasında baş verən toqquşmalarda 300-dən çox mülki ələvi öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Suriya İnsan Haqlarını Müşahidə təşkilatı bildirib ki, sahil bölgəsində 311 mülki ələvi öldürülüb.

Nəticədə ümumi ölü sayı 524 nəfərə çatıb ki, bunlardan 213-ü döyüşçü və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Toqquşma  


Bizi "telegram"da izləyin