Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tayvanlı yüksək səviyyəli rəsmi “Reuters”ə bildirib ki, Çindən gələn artan təhlükələr qarşısında fövqəladə halların planlaşdırılmasını gücləndirən Tayvan administrasiyası ölkənin Rusiya ilə mübarizəsi zamanı əməliyyatlarını davam etdirən Ukrayna şirkətlərindən dərslər alır.
Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən yüksək rütbəli tayvanlı təhlükəsizlik rəsmisi qeyd edib: “Biz Ukraynanın birinci əldən təcrübələrindən özəl şirkətlərin müharibə zamanı hökumətinin və cəmiyyətinin müqavimətini artırmağa necə kömək etdiyini öyrənməyə ümid edirik”.
O, Ukraynada kritik xidmətlər göstərməyə davam edən “Uber” və “Microsoft” kimi şirkətlərə işarə edib.
Sevinc Əliyeva
Ordu.az