Britaniya Ukrayna PUA-ları üçün “Anduril” ilə razılığa gəlib

2025/03/1741432465.jpg
Oxunub: 425     13:13     11 Mart 2025    
Böyük Britaniya hökuməti Ukraynaya “Altius-600M” və “Altius-700M” Pilotsuz Uçuş Aparatlarının (PUA) tədarükü üçün “Anduril UK” ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.

Təxminən 39 milyon dollar dəyərində olan müqavilə Britaniya tərəfindən idarə olunan Ukrayna Beynəlxalq Fondu (IFU) tərəfindən dəstəklənir və Ukraynanın Rusiya hücumuna qarşı mübarizə qabiliyyətini artırmaq məqsədi daşıyır.

Britaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, Müdafiə Nazirliyinin satınalma qolu olan Müdafiə Avadanlıqları və Dəstəyi (DE&S) “Anduril UK” ilə əməkdaşlığa rəhbərlik edib.

Yaxın aylarda Ukrayna Silahlı Qüvvələri PUA-lar, buraxılış qurğuları və ehtiyat hissələri alacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin