Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Wall Street Journal”ın xarici əlaqələr üzrə müxbiri Yaroslav Trofimov bildirib ki, Tramp administrasiyası Ukraynada HIMARS hədəfləmə sistemini istifadəyə yararsız vəziyyətə gətirib.
Digər jurnalistlər də Ukrayna mənbələrinə istinadən bu iddianı təsdiqləyiblər.
Ukrayna ordusu HIMARS raket sistemlərindən atəş aça bilsə də, onun hədəf aşkarlamada əvvəlki kimi dəqiq işləmədiyi bildirilir.
“The Economist”in müxbiri Oliver Karroll X platformasında yazıb: “ABŞ Kiyevdə gecə saat 02:00-da xəbərdarlıq sistemini söndürüb”.
Karroll qeyd edib ki, Vaşinqton HIMARS-ın hədəf məlumatlarını istifadəyə yararsız vəziyyətə gətirib və Ukraynaya uzun mənzilli hücumlar üçün real vaxt məlumatlarının ötürülməsini dayandırıb.
“Biz bunu ölən ukraynalıların məzar daşlarına yazacağıq”, - deyə bir Ukrayna rəsmisi bildirib.
Bayden administrasiyası tərəfindən Ukraynaya təhvil verilən 40-a yaxın HIMARS buraxılış qurğusu 40-85 kilometr məsafədə Rusiya hədəflərinə qarşı mühüm maneə kimi seçilir.
Ancaq, "Bild" qəzetinin məlumatına görə, sistemləri bir düymə ilə uzaqdan söndürmək mümkün deyil. Bildirilir ki, Vaşinqtonun etdiyi şey əslində HIMARS-ın “taktiki kəşfiyyat, müşahidə, aşkarlama və görüntü məlumat işləmə dəstəyini” dayandırmaq olub.
Buna görə də Ukrayna hərbi qulluqçuları raketi buraxa bilsələr də, rus qoşunlarının hazırkı yeri barədə dəqiq məlumata malik ola bilməzlər.
Sevinc Əliyeva
Ordu.az