Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniyanın keçmiş maliyyə naziri və hazırkı kansler Olaf Şolts Angela Merkel hökuməti dövründə NATO öhdəliklərinə uyğun olaraq Bundesverin (Almaniya Silahlı Qüvvələri) büdcəsini 2024-cü ilə qədər ÜDM-in 2%-nə qədər artırmaq fikrindən uzaqlaşıb.
Lakin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Almaniya 100 milyard avroluq müdafiə fondu yaratmaq qərarına gəlib.
Bu çərçivədə “P-8A Poseidon” dəniz patrul təyyarələri, “CH-48 Chinook” helikopterləri, F-35A döyüş təyyarələri və “Arrow 3” hava hücumundan müdafiə sistemləri kimi əhəmiyyətli alışlar edilib.
Ancaq Almaniya ordusunun əməliyyat hazırlıq səviyyəsinin 2022-ci illə müqayisədə aşağı olduğu bildirilir.
Hərbi rəsmilər və müdafiə ekspertləri bildiriblər ki, Bundesverin modernləşdirilməsi prosesi gözlənildiyi qədər sürətlə getmir.
Sevinc Əliyeva
Ordu.az