Hindistan daha 10 ədəd “Airbus C-295” təyyarəsi alacaq

2025/03/1741336184.jpg
Oxunub: 431     12:29     11 Mart 2025    
Hindistan köhnə parkını yerli istehsal olan təyyarələrlə əvəz etmək səylərini gücləndirərkən, planlaşdırdığı 71 ədəddən əlavə daha 10 ədəd “Airbus C-295” hərbi nəqliyyat təyyarəsi almaq üçün danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Danışıqlar ötən il Qucarat ştatının qərbində C-295 üçün konveyer xəttini birgə açdıqdan sonra “Airbus”un Hindistan konqlomeratı “Tata Group” ilə tərəfdaşlığına təkan verir.

Hindistan hökuməti 2021-ci ildə Hərbi Hava Qüvvələri (HHQ) üçün 56 ədəd C-295 təyyarəsi üçün 2,52 milyard dollarlıq müqavilə imzalayıb, ötən il Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi üçün daha 15 təyyarə ilə bağlı ilkin razılıq verib.

Müzakirələr özəl olduğundan adının açıqlanmasını istəməyən üç mənbə 2024-cü il sifarişinə daha 10 təyyarə əlavə etmək üçün danışıqların davam etdiyini deyib.

Bir mənbə əlavə təyyarələrin Hindistan HHQ üçün olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HHQ   Airbus   C-295  


Bizi "telegram"da izləyin