Ordu.az xəbər verir ki, müdafiə naziri Nq Enq Hen Müdafiə Nazirliyinin xərc strategiyalarını açıqladığı parlament iclasında Sinqapurun öz dəniz imkanlarını 2 yeni sualtı qayıqla gücləndirəcəyini açıqlayıb.
“Thyssenkrupp Marine Systems”dən xüsusi olaraq sifariş edilən ilk 2 “Invincible” sinfinə məxsus sualtı qayıq 2024-cü ilin sentyabrında tam istismar statusuna nail olub.
“RSS Invincible” və “RSS Ipeccable” 2023-cü il iyulun 20-də ilk “Type-218 Invincible” sinfinə məxsus sualtı qayıq olan “Ipeccable”ı rəsmi olaraq istismara verib.
Sinfin qalan 2 sualtı qayığı tam istismar qabiliyyətinə doğru irəliləyir və 4-nün də 2028-ci ilə qədər xidmətə daxil olacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az