Kosovo ordusunun təlimində OMTAS detalı

2025/03/2025--1740990836.jpg
Oxunub: 597     15:22     08 Mart 2025    
Kosovo ordusunun təşkil etdiyi “Bravo Wolf” təlimində ROKETSAN istehsalı olan OMTAS tank əleyhinə raketinin yer aldığı görüntülər paylaşılıb.

Ordu.az xəbər verir ki, Kosovo ordusunun rəsmi “Facebook” hesabında edilən paylaşımda bu yaxınlarda keçirilən “Bravo Wolf” təliminin görüntüləri paylaşılıb.

Mövcud döyüş doktrinalarından kimyəvi hücum ssenarilərinə qədər müxtəlif vəziyyətlərin müzakirə edildiyi təlimdə ROKETSAN istehsalı olan OMTAS raketinin də istifadə edildiyi görüntülənib.

OMTAS-ın bir Avropa ölkəsinə ixracı ilk dəfə 2022-ci ildə ROKETSAN-ın baş direktoru Murat İkinci tərəfindən gündəmə gətirilib, NATO çərçivəsində keçirilən “Defender Europe 2023” təlimində ilk dəfə Kosovo ordusunun inventarında görüntülənib.

2023-cü ildə OMTAS tank əleyhinə təlimi ROKETSAN tərəfindən Kosovo Təhlükəsizlik Qüvvələrinə verilib.

Bu çərçivədə Kosovo Təhlükəsizlik Qüvvələrinin rəsmi “Facebook” hesabından edilən paylaşımda bölmələrə ROKETSAN istehsalı olan OMTAS tank əleyhinə silahının istifadəsi, baxımı və saxlanması ilə bağlı məlumat verildiyi açıqlanıb.

“Peşəkar potensialın və yeni sistemlərin inkişaf etdirilməsi çərçivəsində Türkiyənin ROKETSAN şirkətinin istehsalı olan OMTAS tank əleyhinə sisteminin istismarı və baxımı ilə bağlı təlim keçirilib. Təlimlər istehsalat şirkətinin təlimçiləri tərəfindən həyata keçirilir. Bu təlimlər sistemin təklif etdiyi bir çox imkanları öyrənmək və bu avadanlıqların istismarı, baxımı, saxlanması haqqında biliklər əldə etmək imkanı verir”, - deyə paylaşımda qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kosovo   Ordu   OMTAS  


Bizi "telegram"da izləyin