Somali ordusu “Əş-Şəbab” qruplaşmasının 40-dan çox üzvünü zərərsizləşdirib

2021/04/e2564-1617444583.jpg
Oxunub: 397     00:29     02 Mart 2025    
Somali iqtidarı radikal “Əş-Şəbab” qruplaşmasının 40-dan çox üzvünü zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə Somali Milli Televiziyası (SNTV) sosial şəbəkədə bildirib.

“Əş-Şəbab” terrorçularının 40-dan çoxu Somali Milli Ordusu və beynəlxalq tərəfdaşların iştirakı ilə Hiraşabelle əyalətinin Biya-Kadde bölgəsində bazar ertəsi keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilib”, – məlumatda deyilib.

Qeyd edək ki, Somali mərkəzi hökumətinə qarşı silahlı mübarizə aparan və BMT-nin humanitar fəaliyyətinə mane olan “Əş-Şəbab” qruplaşması beynəlxalq terrorçu təşkilat olan “Əl-Qaidə” ilə sıx əlaqələrə malikdir.

ABŞ “Əş-Şəbab”ın mövqelərinə müntəzəm hava zərbələri endirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Əş-Şəbab  


Bizi "telegram"da izləyin