NASA "Blue Ghost 1" modulunun Aydan ilk fotosunu dərc edib

2025/03/443-1740928871.jpg
Oxunub: 586     18:25     02 Mart 2025    
NASA "Blue Ghost 1" modulunun Ayın səthindən çəkdiyi ilk fotonu dərc edib.

Ordu.az xəbər verir ki, görüntüyə Amerika Milli Kosmik Agentliyinin saytında baxmaq olar.

Bundan əvvəl NASA məlumat verib ki, "Firefly Aerospace" şirkətinin "Blue Ghost 1" modulu martın 2-də Bakı vaxtı ilə saat 12:34-də Ayın səthinə uğurla yumşaq eniş edib.

"Blue Ghost 1"i daşıyan "Falcon 9" raketi yanvarın 15-də ABŞ-nin Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzində Pad 39A-dan buraxılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   Ay  


Bizi "telegram"da izləyin