Suriyada təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşma arasında toqquşma olub

2025/03/1740892068.jpg
Oxunub: 616     01:52     02 Mart 2025    
Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlıları ilə silahlı qruplaşma üzvləri arasında toqquşma olub.

Ordu.az xəbər verir ki, bu barədə regional daxili işlər idarəsinin rəisi, polkovnik Husam əl-Tahan Suriya televiziyasına bildirib.

Məlumata görə, toqquşma polis patruluna hücumdan sonra baş verib. Hücum nəticəsində bir zabit öldürülüb, digəri isə əsir götürülüb.

Əl-Tahanın sözlərinə görə, silahlı dəstə paytaxtın kənarında gizlənən və vaxtaşırı silahlı hücumlar həyata keçirən keçmiş rejimin tərəfdarlarına məxsusdur. Hazırda onların saxlanılması ilə bağlı əməliyyat tədbirləri həyata keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Toqquşma  


Bizi "telegram"da izləyin