Almaniya yüzlərlə “Black Hornet 4” nano PUA-sı sifariş edib

2025/03/1740809244.jpg
Oxunub: 487     16:50     05 Mart 2025    
“Teledyne FLIR Defense” Almaniya ordusuna “Black Hornet 4” nano Pilotsuz Uçuş Aparatı (PUA) sisteminin tədarükü üçün 15 milyon dollar dəyərində müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Almaniyanın Vuppertal şəhərində yerləşən “European Logistic Partners (ELP) GmbH” şirkəti tərəfindən həyata keçirilən müqavilə çərçivəsində Almaniya ordusu qabaqcıl situasiya məlumatlılığı və taktiki əməliyyatlar üçün dünya şöhrətli kəşfiyyat PUA-ları alacaq.

“Black Hornet 4” PUA-sı yüksək riskli əməliyyat mühitlərində gizli müşahidə və kəşfiyyat üçün nəzərdə tutulmuş təkmil nano-PUA sistemidir.

Yığcam ölçüsü, aşağı akustik izi və real vaxt rejimində məlumat ötürmə imkanları ilə “Black Hornet” hərbi qulluqçuları təhlükəyə atmadan onlara kritik kəşfiyyat təqdim etmək qabiliyyətinə malikdir.

Müqavilə ilə bağlı təfərrüatlar verilməsə də, müqavilə büdcəsi hesabına 200-dən çox PUA-nın Almaniya ordusuna təhvil veriləcəyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Black-Hornet-4  


Bizi "telegram"da izləyin