Ordu.az xəbər verir ki, Ukrayna Baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorov "RBC-Ukrayna"da dərc olunan məqaləsində ölkədə müdafiə sənayesi istehsalının təfərrüatlarını izah edib.
Ukraynadakı genişmiqyaslı müharibə zamanı müdafiə texnologiyaları bazarının sıfırdan inkişaf etdiyini qeyd edən rəsmi PUA istehsalına xüsusi diqqət çəkib.
“Hazırda Ukraynada 500-dən çox şirkət PUA istehsal edir, 240-dan çoxu isə inkişaf mərhələsindədir”, - deyə Fedorov məqaləsində vurğulayıb.
Qeyd edək ki, xüsusilə Ukraynanın PUA tərtibatçıları ekspert dəstəyi verən, kodlaşdırmaya kömək edən və inkişaf qrantları verən “Brave1 Defense” texnologiya klasteri tərəfindən dəstəklənir.
Ukrayna Müdafiə Nazirliyi bu yaxınlarda Ukrayna Müdafiə Qüvvələrini PUA-lar ilə təmin etmək üçün yeni modelin istifadəyə verildiyini elan edib.
Sevinc Əliyeva
Ordu.az