Azərbaycan Ordusunda daşqaldırma birinciliyi keçirilib - VİDEO+FOTOLAR

2025/02/cba30-1740755461.jpg
Oxunub: 763     18:39     28 Fevral 2025    
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Bağlanış mərasimində Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Birdən və təkanla qaldırma üzrə 43 nəfər hərbi qulluqçunun 6 çəki dərəcəsində mübarizə apardığı yarışda ümumilikdə 8 komanda iştirak edib.

Yekun nəticələrə əsasən “Quru Qoşunları” komandası birinci, “Hərbi Hava Qüvvələri” komandası ikinci, “Heydər Əliyev adına Hərbi İnstitutun” komandası isə üçüncü yerə layiq görülüb.

Sonda qalib komandalara mükafatlar təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ordu   Daşqaldırma  


Bizi "telegram"da izləyin