Türkiyə MN: Yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 452-yə çatıb

2025/02/12_27-1740732456.jpg
Oxunub: 67     19:46     04 Fevral 2025    
Türkiyə Milli Müdafiə Nazirliyinin fəaliyyətləri başda olmaqla, gündəlikdəki məsələlərlə bağlı həftəlik mətbuat konfransı keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, sözçüsü kontr-admiral Zeki Aktürkün keçirdiyi görüşdə aşağıdakı məlumatlar paylaşılıb:

“Nazirliyimizin bütün bölmə və qurumları geniş strateji baxış çərçivəsində regional, qlobal sülhün və sabitliyin qorunub saxlanmasına, milli təhlükəsizliyimizin və maraqlarımızın qorunmasına töhfə verməkdə davam edir.

Türkiyə Silahlı Qüvvələrimiz varlığımızı hədəfləyən bütün təhdid və təhlükələrə qarşı əzmlə mübarizəsini davam etdirir.

Son bir həftədə terrorla mübarizə əməliyyatları çərçivəsində 44 terrorçu zərərsizləşdirilib. Beləliklə, yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 452-yə çatıb, onların 186-sı İraqda, 266-sı isə Suriyanın şimalında məhv edilib”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN  


Bizi "telegram"da izləyin