Almaniyada “Enforce Tac 2025” sərgisi başa çatıb

2025/02/maxre-1740645930.jpg
Oxunub: 490     14:11     27 Fevral 2025    
Almaniyanın Nürnberq şəhərində keçirilən, təhlükəsizlik və müdafiə sektorunun ən mühüm tədbirlərindən biri olan “Enforce Tac 2025” sərgisi uğurla başa çatıb.

Ordu.az xəbər verir ki, dünyanın hər yerindən təhlükəsizlik qüvvələrini, polis təşkilatlarını, hərbi personalları və sənaye mütəxəssislərini bir araya gətirən sərgi innovativ həllərin və qabaqcıl texnologiyaların nümayiş olunduğu beynəlxalq platforma təklif edib.

Builki tədbirdə 86 ölkədən 12 000-dən çox ziyarətçi və 46 ölkədən 730 şirkət stend açaraq iştirak edib.

Sərgidə nümayiş etdirilən hərbi və təhlükəsizlik avadanlıqları, taktiki vasitələr, fərdi mühafizə həlləri və bir çox digər yüksək texnologiyalı məhsullar iştirakçıların böyük marağına səbəb olub.

Bundan əlavə, sərgi zamanı yeni işgüzar müqavilələr imzalanıb və strateji əməkdaşlıq üçün mühüm addımlar atılıb.

Türkiyənin müdafiə sənayesi şirkətləri də “Enforce Tac 2025”də güclü iştiraka malik olub. Yüksək keyfiyyətli məhsulları və innovativ həlləri ilə seçilən Türkiyə şirkətləri beynəlxalq əməkdaşlıqlarını gücləndirmək fürsətindən istifadə ediblər.

İştirakçılar Türkiyə müdafiə sənayesinin ən son məhsullarını yaxından araşdırmaq və iş şəbəkələrini genişləndirmək imkanı əldə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Enforce-Tac-2025  


Bizi "telegram"da izləyin