Daha bir “Bayraktar TB2” 10 min saatlıq uçuş müddətini tamamladı

2025/02/1740636109.jpg
Oxunub: 436     11:01     27 Fevral 2025    
“Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) parkının J11 bort nömrəli PUA-sı Türkiyə Jandarma Baş Komandanlığının inventarında 10 min saatlıq uçuş müddətini müvəffəqiyyətlə tamamlayıb.

Ordu.az xəbər verir ki, missiya müddətini başa vuran milli zərbə PUA-sı təlim və sınaq uçuşlarında istifadə olunacaq.

İnventardan çıxarılan PUA-nın yerinə “Baykar” tərəfindən Türkiyə Jandarma Baş Komandanlığına pulsuz olaraq yeni “Bayraktar TB2” hədiyyə edilib.

Beləliklə, 2016-cı ildə inventara qəbul edilən və bu günə qədər bir çox kritik missiyada istifadə edilən “Bayraktar TB2 J11” 10 min saatlıq uçuş müddətini tamamlayıb.

Terrorla mübarizə, təhlükəsizlik və ictimai asayiş, sərhəd təhlükəsizliyi, axtarış-xilasetmə və strateji infrastrukturların mühafizəsi kimi missiyalarda fəal rol oynayan milli zərbə PUA-sı Türkiyə Jandarma Baş Komandanlığının inventarına əlavə edildiyi gündən bu yana 868 uğurlu uçuş həyata keçirib.

“Baykar” J11 bort nömrəli “Bayraktar TB2”nin töhfələrinə görə Türkiyə Jandarma Baş Komandanlığına sertifikat təqdim edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   TB2-PUA  


Bizi "telegram"da izləyin