Ordu.az xəbər verir ki, Ukrayna müharibəsindən sonra inventar boşluqları və ABŞ ilə gərginlik Avropa ölkələrini müdafiə sənayesində daha radikal addımlar atmağa sövq edir.
Tədarük zəncirinin davamlılığını təmin etmək üçün Avropa müdafiə sənayesi şirkətləri mülki fabriklər alır və onları hərbi texnika istehsalı üçün yenidən təşkil edirlər.
Bu çərçivədə Almaniyanın ən böyük müdafiə sənayesi şirkəti “Rheinmetall” müdafiə sahəsində istehsal həyata keçirmək üçün avtomobil hissələri istehsal edən fabrikləri transformasiya strategiyasına daxil edir.
ABŞ və Rusiya arasında Ukrayna danışıqlarından kənarda qalan Avropa siyasi liderləri bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransında bir araya gəliblər. Konfrans Avropa İttifaqının davamlı müdafiə planı hazırlamalı olduğu barədə xəbərdarlıq rolunu oynayıb.
Sevinc Əliyeva
Ordu.az