KİV: Tramp administrasiyası USAID-in 90 %-dən çox müqaviləsini ləğv edəcək

2025/02/1740371432.jpg
Oxunub: 420     08:34     27 Fevral 2025    
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamentinin xarici yardım göstərilməsi ilə bağlı müqavilələrinin 90 %-dən çoxunu ləğv etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) informasiya agentliyi xəbər verib.

AP-nin əldə etdiyi memorandumda Trampın tapşırığı ilə USAID-ə ayrılan bütün maliyyə vəsaitlərinin nəzərdən keçirilməsinin nəticələri təsvir olunub. ABŞ xarici dövlətlərə 60 milyard dollar məbləğində yardımı dayandırmağı planlaşdırır. Tramp administrasiyası öz planlarını memorandumda və çərşənbə günü təqdim edilmiş məhkəmə sənədlərində açıqlayıb.

Agentlik qeyd edib ki, bu qərar ABŞ məhkəməsinin xarici yardımın maliyyələşdirilməsinə qoyulan qadağanı fevralın 26-dək tamamlanana qədər ləğv etməyi tapşıran qərarından sonra qəbul edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   USAID  


Bizi "telegram"da izləyin