Əlcəzair Xalq Şurası Fransanın Senatı ilə əlaqələri dayandırdığını elan edib

2025/02/frenc-1740631631.jpg
Oxunub: 410     05:28     27 Fevral 2025    
Əlcəzair Xalq Şurası (parlamentin yuxarı palatası) çərşənbə günü Fransanın Senatı ilə əlaqələrin dərhal dayandırıldığını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Algerie360” informasiya portalı məlumat yayıb.

Bildirilib ki, qərar bu həftə Fransanın Senatının sədri Jerar Larşenin Mərakeş iqtidarının nəzarətində olan Sahara şəhəri Əl-Ayuna səfərinə cavab olaraq qəbul edilib.

Əlcəzair onilliklər boyu Sahara xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu dəstəkləyir və Mərakeşin Qərbi Sahara üzərindəki nəzarətini işğal kimi qiymətləndirərək rədd edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əlcəzair   Fransa  


Bizi "telegram"da izləyin