Fidan Lavrovla Rusiya və Suriya münasibətlərinin gələcəyini müzakirə etdiyini açıqlayıb

2025/02/1740077676.jpg
Oxunub: 347     05:14     27 Fevral 2025    
Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Ankarada Dəməşq və Moskva arasında iqtisadiyyat və təhlükəsizlik sahəsindəki münasibətlərin gələcəyini müzakirə etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin baş diplomatı Qətərin “Al Jazeera” telekanalına verdiyi müsahibədə bildirib.

“Suriya və Rusiyanın bir tarixi var – formalaşmış iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əlaqələr. Rusiyanın hərbi bazaları və iqtisadi yardımı mövcuddur. Bundan sonra bunların taleyi necə olacaq? Bunlar müzakirə olunan məsələlərdir”, – o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Lavrov   Rusiya   Suriya  


Bizi "telegram"da izləyin