Ordu.az xəbər verir ki, bu barədə Tramp Ağ evdə jurnalistlərlə söhbətində bildirib.
“Ona nail ola bilməyəcəklər. Yəni cəhd edə bilərlər. Amma onlarda alınmayacaq. Rəqəmləri heç vaxt bizimlə müqayisə edilə bilməz”, – Tramp söyləyib.
“Biz qızıl dolu kisəyik. Hər kəs bizi istəyir. Onlar cavab tədbirləri qəbul edə bilərlər, amma bu uğursuz bir qisas olacaq”, – Prezident vurğulayıb.
O, ABŞ-nin, ticarət müharibələri kəskinləşərsə, rüsum tətbiq edən ölkələrdən malları “artıq almamağa” hazır olacağını xəbərdar edib. “Və belə bir şey baş verərsə, biz qalib gələcəyik”, – Tramp əlavə edib.
Ordu.az