Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Pakistanda da yad edilib - FOTOLAR

2025/02/9d208-1740566668.jpg
Oxunub: 398     14:27     26 Fevral 2025    
Azərbaycanın Pakistandakı Səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar fotosərgi təşkil edib.

Səfirlikdən Ordu.az-a verilən məlumata görə, Pakistanın Müasir Dillər Milli Universitetində (NUML) 25-26 fevralda təşkil edilmiş sərgidə Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər və soyqırımı qurbanlarının əks olunduğu fotoşəkillər, çap materialları nümayiş etdirilib.

Tədbirdə NUML-in müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

Tədbir zamanı iştirakçılara 1992-ci il fevral ayının 26-da Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırımın tarixi, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xocalı   Pakistan  


Bizi "telegram"da izləyin