Ordu.az xəbər verir ki, bu barədə WSJ məlumat yayıb.
Hazırkı və keçmiş Qərb rəsmiləri bildiriblər ki, ABŞ hərbi yardımı olmadan Ukraynanın yaya qədər indiki templə döyüşləri davam etdirmək üçün kifayət qədər silahı var.
Həmin tarixdən sonra Kiyevin döyüş sursatı tükənə və ən qabaqcıl silahlarından bəzilərindən istifadə edə bilməyə bilər.
ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskini bu yaxınlarda tənqid atəşinə tutması Kiyevi üç illik müharibədə Rusiya qüvvələrinin qarşısını almağa kömək edən ABŞ-nin hərbi dəstəyini itirmək ehtimalı ilə üzləşməyə məcbur edir.
Sevinc Əliyeva
Ordu.az