ASELSAN və BMC əməkdaşlığı dərinləşdirir

2025/02/1740548225.jpg
Oxunub: 514     09:57     27 Fevral 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsi tərəfindən imzalanan Yeni Nəsil Vasitə Layihəsində FNNS şirkətinə 25 ədəd, BMC şirkətinə isə 29 ədəd vasitə sifarişi verilib.

Ordu.az xəbər verir ki, layihə ilə bağlı ASELSAN və BMC arasında müqavilə imzalanıb.

ASELSAN-ın İctimaiyyəti Məlumatlandırma Platformasına verdiyi məlumata görə, razılaşma ilə “Altuğ” 8X8 üçün Uzaqdan İdarə Olunan Silah, Hərbi Əlaqə, Tanıma və Tanıtma, Özünümüdafiə və Naviqasiya Sistemləri ASELSAN tərəfindən istehsal ediləcək.

Layihənin ümumi həcmi 96,8 milyon avro olaraq müəyyən edilib. Müqavilə çərçivəsində tədarüklər 2027-2028-ci illər arasında həyata keçiriləcək.

2018-ci ildə konsepsiya dizayn çalışmaları ilə başlayan və Türkiyə Silahlı Qüvvələrinin sahədəki ehtiyacları əsasında inkişaf etdirilən “Altuğ” 8×8 yüksək qoruma səviyyəsi, üstün manevr qabiliyyəti və çoxyönlü istifadə xüsusiyyətləri ilə diqqət çəkir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   BMC  


Bizi "telegram"da izləyin