Ukraynada prezident seçkiləri müharibə bitdikdən sonra keçiriləcək

2025/02/1740479003.jpg
Oxunub: 405     14:08     25 Fevral 2025    
Ukraynada prezident seçkiləri müharibə bitdikdən və möhkəm sülh təmin edildikdən sonra elan ediləcək.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ali Radasının bəyanatında bildirilib.

“Rada demokratiyaya dəstək haqqında qərarı dəstəkləyib”, - “Avropa Həmrəyliyi” fraksiyasının üzvü Aleksey Qonçarenko bildirib.

Onun sözlərinə görə, parlamentin plenar iclasında Ali Radanın Rusiyanın hərbi əməliyyatları şəraitində Ukraynada demokratiyanın dəstəklənməsinə dair bəyanatı ilə bağlı qərarını (No13041) 268 xalq deputatı dəstəkləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Seçki  


Bizi "telegram"da izləyin