Ordu.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
Maraq doğuran görüntü sosial şəbəkələrdə yayılıb. Kadrlarda Trampın Makronu özündən sağda, vitse-prezident Cey Di Vensi isə solda əyləşdirdiyini görmək olur. Adətən belə görüşlərdə ölkə liderləri dəyirmi masanın arxasında əyləşir.
Makronla yaşanmış insident protokol normalarının pozulması kimi qiymətləndirilir. Daily Express qəzetinin yazdığına görə, Amerikalı lider bu yolla "fransalı həmkarını alçaldıb”.
Xatırladaq ki, ötən gün də Makron Ağ Evə gələrkən Donald Tramp onu şəxsən qarşılamayıb.
Ordu.az