Polşa Rusiyanın hərbi fəallığı səbəbilə HHM sistemlərini aktivləşdirib

2025/02/1740463206.jpg
Oxunub: 356     09:47     25 Fevral 2025    
Rusiyanın Ukraynanın qərbindəki hərbi aktivliyi səbəbindən Polşa Hərbi Hava Qüvvələrinin balansındakı qırıcıları havaya qaldırıb, eləcə də Hava Hücumundan Müdafiə (HHM) sistemlərini hazır vəziyyətə gətirib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Komandanlığı “X” hesabında paylaşım edib.

Hərbi Hava Qüvvələrinə məxsus radiolokasiya kəşfiyyatı həyata keçirən qurğular da işə düşüb.

Polşa ordusunun sonuncu belə aktivliyi fevralın 1-də qeydə alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Rusiya   HHM  


Bizi "telegram"da izləyin