Ordu.az xəbər verir ki, burada dünyanın hər yerindən təhlükəsizlik qüvvələri, polis və hərbi personal, eləcə də sənaye mütəxəssisləri bir araya gəlirlər.
Tədbirdə ən son texnologiyalar, hərbi və təhlükəsizlik texnikası, taktiki avtomobillər və fərdi mühafizə həlləri nümayiş etdirilir.
Builki sərgidə Türkiyədən də müdafiə sənayesi şirkətləri iştirak edir. Türkiyə şirkətləri yüksək keyfiyyətli məhsulları və innovativ həlləri ilə sərgiyə mühüm töhfələr verirlər.
İştirakçılar Türkiyənin ən son məhsulları ilə tanış olmaq, təcrübələrini bölüşmək və biznes şəbəkələrini genişləndirmək imkanı əldə edirlər.
Sevinc Əliyeva
Ordu.az