İspaniya Rumıniyada uzun mənzilli aşkarlama radarı yerləşdirib

2025/02/1740462649.jpg
Oxunub: 419     12:30     27 Fevral 2025    
İspaniya Silahlı Qüvvələri NATO-nun şərq cinahını gücləndirmək missiyası çərçivəsində Rumıniyada uzun mənzilli aşkarlama radarı yerləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, radar stansiyası İspaniya Hərbi Hava Qüvvələrinin bölməsi tərəfindən Rumıniyanın Kataloi şəhərində yerləşdirilib.

Yerləşdirilmiş LTR-25 radarı uzun mənzilli hava hədəflərini aşkar etmək və müşahidə aparmaq üçün istifadə olunur.

Hava hədəflərinin aşkarlanma mənzili 450 km-dən çoxdur və radarın NATO-nun ümumi Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə birləşməsi hədəflərin koordinatlarının HHM hesablamalarına ötürülməsini təmin edir.

Məlumata görə, radar L diapazonunda işləyir və antena hava məkanının yüksək keyfiyyətli daranmasına imkan verən mərhələli struktura malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Rumıniya   Raket  


Bizi "telegram"da izləyin