Türkiyə Quru Qoşunları üçün yeni nəsil zirehli vasitə: PARS ALPHA 6×6 və 8×8

2025/02/1740462514.jpg
Oxunub: 704     14:54     25 Fevral 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) ilə FNSS arasında imzalanan Yeni Nəsil Zirehli Vasitələr Layihəsi çərçivəsində “Pars Alpha” 6×6 və 8×8 avtomobilləri Quru Qoşunları Komandanlığının xidmətinə təqdim ediləcək.

Ordu.az xəbər verir ki, layihənin birinci mərhələsində FNSS “Pars Alpha” 8x8 Tank Əleyhinə Manqa Vasitəsini və Mobil Təmir Vasitəsini, həmçinin 6x6 konfiqurasiyasında 4 fərqli missiya ilə təchiz edilmiş vasitəni təhvil verəcək.

Bu layihə FNSS-in 35 illik təcrübə ilə inkişaf etdirdiyi ən müasir zirehli döyüş vasitəsi olan “Pars Alpha”nın sahədə aktiv istifadəsini təmin edəcək.

Yeni nəsil texnologiyaları, üstün hərəkət qabiliyyəti, yüksək atəş gücü və qabaqcıl mühafizə sistemləri ilə təchiz edilən vasitələr Türkiyə Quru Qoşunlarının döyüş qabiliyyətini xeyli artıracaq.

“Pars Alpha” 6×6 və 8×8 FNSS-in ən qabaqcıl zirehli vasitə ailəsi kimi seçilir. Həqiqi döyüş şəraitinə uyğun olaraq hazırlanmış bu yeni nəsil vasitələr ən çətin coğrafiyalarda belə üstün performans nümayiş etdirə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   QQ   Pars-Alpha  


Bizi "telegram"da izləyin