Ukraynanın bərpası üçün 500 milyard avro lazımdır

2025/02/Ukray-1740457707.jpg
Oxunub: 387     02:42     25 Fevral 2025    
“Ukraynanın bərpası üçün 500 milyard avro tələb olunacaq”.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

O bildirib ki, bu, yaxın illərdə Avropa üçün əsas vəzifəyə çevrilə bilər. Onun sözlərinə görə, ölkənin bərpası üçün əsas resurs dondurulmuş Rusiya aktivləri olmalıdır: “Biz əminik ki, bu vəsait əsas mənbəyə çevriləcək. Onları müsadirə etməyin vaxtıdır”.

Baş nazir əlavə edib ki, irimiqyaslı layihələrin həyata keçirilməsində Avropa şirkətləri həlledici rol oynaya bilər.

“Hesablamalar göstərir ki, 500 milyard avro tələb olunan minimum məbləğdir. Bu, Avropa üçün iqtisadi əlaqələri gücləndirmək və yeni bazarlar yaratmaq şansıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Bərpa  


Bizi "telegram"da izləyin