BMT-də Rusiya qüvvələrinin Ukraynadan çıxarılmasını tələb edən qətnamə qəbul olunub

2025/02/1740456978.jpg
Oxunub: 376     23:29     24 Fevral 2025    
BMT Baş Assambleyası Rusiya qüvvələrinin Ukraynadan dərhal çıxarılmasını və müharibənin dayandırılmasını tələb edən qətnamə qəbul edib.

Ordu.az xəbər verir ki, Ukrayna-Rusiya müharibəsinin 3-cü ildönümü ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinin təşəbbüsü ilə BMT Baş Assambleyasında fövqəladə sessiya keçirilib.

Sessiyada müvafiq qətnamə layihəsi səsverməyə qoyulub. Qətnamə 93 lehinə, 18 əleyhinə səslə təsdiqlənib, 65 ölkə isə səsvermədə bitərəf qalıb. ABŞ və Rusiya qətnamənin əleyhinə səs verib.

Qətnamədə vurğulanıb ki, Rusiya işğalı üç ildir davam edir və təkcə Ukrayna üçün deyil, həmçinin digər regionlar və qlobal sabitlik üçün də ciddi təhlükə yaradır.

Aİ ölkələrinin də dəstəklədiyi sənəddə müharibəyə son qoyulması və Rusiyanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən tamamilə çıxması tələb olunur.

Qeyd edək ki, BMT Baş Assambleyasında qəbul edilən qətnamələr tövsiyə xarakteri daşıyır və hüquqi cəhətdən məcburi qüvvəyə malik deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin