Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko sosial media hesabında paylaşım edib.
Səfir bildirib ki, suverenlik və ərazi bütövlüyü beynəlxalq nizamın təməl daşıdır:
"Üç il qəhrəmancasına müqavimət və üç il sarsılmaz dəstək. Aİ ölkələrinin Azərbaycandakı səfirləri Ukrayna ilə həmrəydirlər. Rusiyanın Ukraynadakı müharibəsi qlobal təhlükəsizliyi təhdid edir. Biz Ukraynanı mümkün mövqeyə gətirmək üçün hər şeyi edəcəyik. Ukrayna üçün ədalətli və davamlı sülh bütün Avropa və Şərq qonşularımız üçün təhlükəsizlik zəmanətidir".
Ordu.az