Aİ Ukrayna üzrə ABŞ-la fəaliyyəti gücləndirmək niyyətindədir

2025/02/1740382969.jpg
Oxunub: 321     12:30     24 Fevral 2025    
“Aİ Ukrayna münaqişəsinin həlli üzrə ABŞ ilə fəaliyyəti gücləndirmək niyyətindədir”.

Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas bildirib.

O qeyd edib ki, ABŞ-nin Ukrayna məsələsi ilə bağlı bəyanatları Rusiyanın tezislərinə əsaslanır. Ali nümayəndənin sözlərinə görə, həll variantı bilavasitə Ukrayna və Avropa İttifaqının iştirakı ilə formalaşdırılmalıdır: “ABŞ-dən verilən bəyanatlara baxsaq görərik ki, Rusiyanın narrativləri orada güclü təsirə malikdir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin