Rusiyanın Fransadakı konsulluğu yaxınlığında partlayış baş verib

2025/02/1740385111.jpg
Oxunub: 353     12:14     24 Fevral 2025    
Rusiyanın Fransanın Marsel şəhərindəki konsulluğu yaxınlığında partlayış baş verib.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Bildirilib ki, partlayışın baş verdiyi yerə yanğınsöndürənlər və polis gəlib.

Rusiya mediası məlum hadisəni şərh edərkən Xarici Kəşfiyyat Xidmətinin bir müddət əvvəl Ukraynanın danışıqları pozmaq üçün silsilə terror aktları həyata keçirə biləcəyi barədə məlumat yaydığını xatırladıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Fransa   Partlayış  


Bizi "telegram"da izləyin