Heqset: Ukrayna və Rusiya günahkar axtarmağa yox, sülhün əldə olunmasına diqqət etməlidir

2025/01/1738213821.jpg
Oxunub: 335     23:53     23 Fevral 2025    
Ukrayna və Rusiya müharibənin başlanmasında kimin günahkar olduğunu tapmaq əvəzinə, sülh razılaşmasına nail olmaq səylərinə diqqət etməlidir.

Ordu.az xəbər verir ki, “NBC News”un məlumatına görə bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.

“Burada durub “sən yaxşısan, sən pissən, diktatorsan, diktator deyilsən, işğal etmisən, sən işğal etmədin” deməyin faydası yoxdur.”, - o bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp lazımsız yerə Ukrayna və Rusiya hökumətləri arasında mübahisələrə qarışmır.

Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ artıq Rusiyanı təcavüzkar adlandırıb və Ukraynaya qarşı müharibəyə məhz Moskvanın başladığını inkar etmir.

"Biz bunu dəfələrlə demişik. Ukraynaya işğalın olması sərsəm iddia deyil. Buna kiçik işğal deyən əvvəlki administrasiya idi və Putin bunu zəiflik əlaməti kimi qəbul edərək işğal etdi", - Heqset deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin