Netanyahu: "Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıracağıq"

2024/12/1734287005.jpg
Oxunub: 530     16:25     16 Fevral 2025    
Prezident Donald Tramp İsrailin Ağ Evdə indiyə qədərki ən yaxşı dostudur.

Ordu.az-ın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra keçirilən mətbuat konfransında İsrail Baş naziri Binyamin Netanyahu bildirib.

Binyamin Netanyahu Marko Rubio ilə bir sıra məsələlərlə bağlı məhsuldar müzakirə apardıqlarını söyləyib: “İsrail və ABŞ İran təhlükəsinə qarşı çiyin-çiyinə dayanır. Biz hesab edirik ki, İrana nüvə silahına malik olmağa imkan vermək olmaz. İranın bölgəyə qarşı aqressiyası dayanmalıdır. Biz Donald Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıra bilərik və başa çatdıracağıq”.

Qeyd edək ki, Marko Rubio Yaxın Şərq turnesi çərçivəsində ilk dəfə İsrailə səfər edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Tramp   İran  


Bizi "telegram"da izləyin