Çin Ukrayna ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır

2025/02/1739691458.jpg
Oxunub: 1077     11:09     16 Fevral 2025    
Çin hakimiyyəti Ukrayna ilə əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı fəaliyyət potensialını görməyə hazırdır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşündə deyib.

"Çin xoşagəlməz amilləri aradan qaldırmaq, ikitərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirmək üçün Ukrayna tərəfi ilə işləməyə hazırdır", - çinli diplomat qeyd edib.

Van Yi Pekin və Kiyev arasında dostluq əlaqələrinin saxlanılması üçün ənənəvi əsasın mövcudluğuna işarə edib. O, xatırladıb ki, 2011-ci ildə Çin və Ukrayna strateji tərəfdaşlıq elan ediblər. Çinli diplomat iki ölkə arasında münasibətlərin inkişafının normal olduğunu bildirib.

Çin xarici işlər naziri ölkəsinin Ukraynanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edib və son vaxtlar buna böyük çətinliklə nail olunduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Ukrayna  


Bizi "telegram"da izləyin